Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazanıb.