12 Sentyabr 2025 / 16:10

Koreyalararası gərginliyi azaltmaq üçün yeni addım

Cənubi Koreyanın Liberalist Prezidenti Lee Jae Myung Şimali və Cənubi Koreya arasında “Koreyalararası” hərbi razılaşmanı bərpa edəcəyinə söz verib.

“Tezadlar.az” “The Washington Post”a istinadən xəbər verir ki, o, anlaşmanı iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədilə bərpa etmək istədiyini deyib.

Prezident, həmçinin Şimali Koreyaya qarşı düşmənçilik hiss etmədiyini bildirib.

Xatırladaq ki, 2018-ci ildə Pxenyan və Seul arasında hərbi saziş imzalansa da, sonrakı vaxtlarda gərginliklər daha da artıb və saziş pozulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!