Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 11:31

Kosovadakı azarkeşlərin oyundan öncə Türkiyə millisinə qarşı göstərdiyi rəzalət – VİDEO

Türkiyə futbol millisinin Kosova ilə keçirəcəyi kritik oyun öncəsi yerli vaxtla gecə saat 01:10 dəqiqədə baş verən hadisələr gündəmə damğa vurub. Meydan sahiblərinin azarkeşləri etikadan kənar addımları ilə böyük narazılığa səbəb olublar.

Tezadlar.az  xəbər verir ki, kosovalı tərəfdarlar Türkiyə millisinin məskunlaşdığı otelin önündə fişənglər partladıblar. Hətta bəzi fişənglər otel binasına dəyərək partlayıb. Gecənin yarısı planlı şəkildə həyata keçirilən bu aksiyanın futbolçuların istirahətinə mane olmaq və onları psixoloji gərginlikdə saxlamaq məqsədi daşıdığı bildirilir.

Yüksək gərginliklə gözlənilən qarşılaşmadan əvvəl yaşanan bu hadisə atmosferi daha da gərginləşdirib. Hadisədən sonra otel ətrafında təhlükəsizlik tədbirlərinin artırılacağı gözlənilir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!