Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kot-divuarda begamotun hücumu nəticəsində 11 nəfər itkin düşmüş hesab olunur.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, begamot Sassandra çayında 14 sərnişin daşıyan qayığı aşırıb. Hazırda yalnız üç nəfərin sağ qaldığı məlumdur. Qalan sərnişinlər hələ də axtarılır. Onların arasında qadınlar və uşaqlar da olub.
Mütəxəssislərin sözlərinə görə, Kot-divuarda təxminən 500 suayğırı var. Onlara ən çox ölkənin cənubunda rast gəlinir.