Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2024 / 14:08

KREDİT QOYULUŞLARININ HƏCMİ XEYLİ ARTIB

Bu ilin aprel ayında kredit qoyuluşlarının həcmi 24 644,5 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 20,9 faiz və ya 4 264,9 milyon manat çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən cari ilin mart ayına nisbətdə apreldə kredit qoyuluşlarının həcmində 2,2 faiz və ya 541,9 milyon manat artım müşahidə olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 23 183,0 milyon manat təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!