Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Dünən Yekaterinburqda diaspor rəhbəri Şahin Şıxlinskinin oğlunun həbsi barədə xəbər vermişdik. Ötən gün ardınca isə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.
Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.
Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.
Beləliklə, Rusiya FTX- nin iki nəfərin ölümünə, onlarla şəxsin ağır yaralanmasına səbəb olmuş əməlləri indi də bu şəkildə davam edir.
A.Məmmədli