12 Avqust 2023 / 07:56

KRİVOY ROQDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERİB

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində güclü partlayış baş verib.

Bu barədə Tezadlar.az yerli KİV-ə istinadən xəbər verir.

Partlayışlarla bağlı məlumatı şəhər müdafiə şurasının rəhbəri, şəhərin meri Aleksandr Vilkul təsdiqləyib.

Partlayışdan sonra bölgədə hava xəbərdarlığı elan edilib. Həmçinin Ukrayna mediasında partlayış yerində tüstünün fotoları yayılıb. Digər təfərrüatlar verilmir.

Hazırda Ukraynanın 7 vilayətində, o cümlədən Dnepropetrovsk vilayətində hava həyəcanı elan edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!