19 Sentyabr 2025 / 09:56

Krımda 20 mindən çox abonent işıqsız qalıb

Sentyabrın 18-i axşam saatlarında 20 mindən çox abonent hava şəraiti ilə əlaqədar işıqsız qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS “Krımenergo” şirkətinə istinadən məlumat yayıb.

Cümə axşamı Krım və Sevastopolda yağış yağdığı, küləyin bəzi ərazilərdə tufan gücünə çatdığı bildirilib.

Proqnozlara görə, yaxın saatlarda Sevastopolda təxminən 30 mm yağıntı (orta aylıq) yağacaq, Krım dağlarında küləklər isə 35 m/s-ə qədər artacaq.

“Ümumilikdə, Krımda 20 mindən çox abonent elektriksiz qalıb”, – enerji şirkəti rəsmiləri bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!