Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kriptovalyuta bazarında son sutkada artım qeydə alınıb, bazarın ümumi kapitallaşması 1,23% artaraq 2,44 trln. dollar təşkil edib.
Tezadlar.az xəbər verir ki, bazarın lider kriptovalyutası olan Bitcoin-in qiyməti son 24 saatda 1,74% artaraq 72 189,49 ABŞ dolları səviyyəsinə yüksəlib. Ethereum-un qiyməti isə 0,71% artaraq 2 199,15 ABŞ dolları olub.
İlk onluqda yer alan digər aktivlər üzrə də əsasən müsbət dinamika qeydə alınıb. Belə ki, BNB 0,29% artaraq 602,37 ABŞ dolları, XRP 0,79% artaraq 1,34 ABŞ dolları, Solana isə 1,59% bahalaşaraq 83,48 ABŞ dolları səviyyəsinə yüksəlib. Eyni zamanda, Dogecoin 1,54%, TRON 0,75% artım nümayiş etdirib.