26 Avqust 2025 / 16:36

“Krokus”da terror aktını törədənlərdən biri ağacda polisdən gizlənib

“Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı cinayət işinin şahidi məhkəmədə dindirilərkən bildirib ki, yol polisi əməkdaşları tərəfindən təqib olunan terrorçulardan biri meşədə ağaca çıxıb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün terrorçuların təqibində iştirak edən iki ekipajın yol polisi əməkdaşları məhkəmədə dindirilib.

“Məhkəmə iclasında dindirilmə zamanı yol polisi əməkdaşı izah edib ki, meşəyə qaçan terrorçulardan biri aşağı enməkdən imtina etdiyi üçün sonda kəsilən ağacdan götürülməli olub”, – deyə proses iştirakçılarından biri bildirib.

Onun sözlərinə görə, asayiş keşikçiləri təqib nəticəsində saxlanılanların hamısını FTX əməkdaşlarına təhvil veriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!