Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos “Bayern”in qapıçısı Manuel Noyer haqqında fikirlərini bölüşüb.
Tezadlar.az xəbər verir ki, “Madrid Zone” Kroosun sözlərini sitat gətirib: “Manuel Noyer bütün dövrlərin ən yaxşı qapıçısıdır. Bu, şübhəsizdir. Manunun öz oyun tərzi var. O, izləmək üçün maraqlı olan yeganə qapıçıdır.
Hərəkətləri və zərifliyi sayəsində inanılmaz auraya malikdir. Dünya Kuboku üçün o, uzaq ötürmələri ilə hələ də ən yaxşı alman qapıçıdır”.
Xatırladaq ki, Noyer 2024-cü ildə Almaniya millisində karyerasını bitirib. 40 yaşlı qapıçı daha əvvəl DÇ-2026 üçün milli komandaya qayıtmayacağını açıqlamışdı.