Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Tezadlar.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “VAZ 2104” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
RÖVŞANƏ