6 Fevral 2024 / 13:46

LƏĞV PROSESİNDƏ OLAN BANKIN ƏMLAKI HƏRRACA ÇIXARILIR

Fevralın 27-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

TEZADLAR. AZ xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir

 Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!