Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Əl-Qaidə” Fransa və İsveç departamentlərini hücumla hədələyib.
Bu barədə Fransanın “Fiqaro” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, “Ərəbistan yarımadasındakı “Əl-Qaidə” Parisdəki “nazirliyə” hücum etməklə və “İsveç səfirliyini” məhv etməklə hədələyib.
Qeyd olunur ki, iki ölkəyə qarşı təhdidlər son vaxtlar İsveçdə baş verən Quran yandırma hadisələri ilə bağlıdır. Fransanın məktəblərdə müsəlman abayasının geyinilməsini qadağan etməsi də terror təşkilatını qıcıqlandırıb.
Daha əvvəl İsveçin Malmö şəhərinin polisi müsəlmanların müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı növbəti aksiyadan sonra şəhərdə iğtişaşlar baş verdiyini bildirmişdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşçılar bir neçə avtomobili yandırıb, həmçinin polis məntəqələrinə daş atıblar. Bildirilir ki, etirazlara Malmödə Quran yandıran iraqlı miqrant Salvan Momikinin hərəkəti səbəb olub.
E.ŞİRİNOV