Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Yanvar 2023 / 05:00

LAÇIN-XANKƏNDİ YOLUNDAKI EKOETİRAZLAR DAVAM EDİR-45 GÜN

 Ermənilərin Qarabağdakı ekoterroruna etiraz  olaraq Xankəndi-Laçın yolunda keçirilən  aksiyası qırx beş gündür davam edir,

Tezadlar.az Bülbül Ev Muzeyinin direktoru, Əməkdar jurnalist Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, gənc fəallar gün ərzində olduğu kimi, ötən gecə də yüksək fəallıq göstərirlər. “Bilirsiniz ki, Şuşada ənənəvi olaraq havalar ilin bu vaxtında çox sərt keçir, soyuqdur, amma ekofəallar inadından dönmür və ermənilərin ekologiyamıza vurduğu fəlakətli hallara qəti etiraz edirş hər gün şüarlar səsləndirirlər. Sadəcə, Rusiya Sülhməramlıları şərait yaratmalıdır ki, faydalı qazıntıların istismar edildiyi ərazilərdə monitorinqlər keçirilsin…”.

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya davam edir. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır: – ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Bu etirazların əhəmiyyəti həm də ondadır ki, dünya ictimaiyyəti əsl həqiqəti bilsin, erməni yalanlarına yox deyilsin.
Xatırladırıq ki, yol mülki məqsədli avtomobillər üçün açıqdır, indiyədək minə yaxın avtomobil həmin ərazidən maneəsiz keçib.
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!