Dünyada qadın- kişi balansının pozulması süni səbəblərdən asılı olsa da, artıq bəzi ölkələrdə təbii səbəblər də yox deyildir. Bu isə ciddi problem kimi qarşılanır. Məsəıən, Latviya dünyada kişi çatışmazlığı ən çox hiss olunan ölkələrdən biridir. Kişilərlə qadınlar arasında nisbət çox qeyri-bərabərdir. Ümumi əhali cəmi bir milyon səkkiz yüz min nəfərdir, amma qadınların sayı kişilərdən 150 min nəfər çoxdur.
Hər 100 qadına 20 yaş arası kişi tapmaq mümkün olmur. Bir şəhərin küçəsində dayansanız, qarşınıza çıxanlar saf, gözəl, uzun boylu qadınlardır.
Yaxşı işinizin və ya pulunuzun olması onları o qədər də maraqlandırmır. Hətta bəziləri sizi cəlb etmək üçün ev və maşın təklif etməyə belə hazırdır. Elə qayınanalar var ki, ailəyə kürəkən qazandırmaq üçün övladlığa götürməyi belə düşünürlər.
Tezadlar.az xatırladır ki, ölkə mediasında “Tanışlıq” reklamları maraq doğutur. Hələ Sovetlər dönəmindən belə bu cür elanlarla ailə quran qadınların sayında indi daha çox fərq görünməkdədir. Ən maraqlısı, ndinin özündə belə, tanış olmaq istəyənlərin ən azı 70 faisi qadınlardır. Ölkənin aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görmək barədə düşünür. Kənar ölkələrdən kişi cəlb etmək barədə təkliflər də bu sıradadır. Hətta bəzi QHT- lər təklif verirlər ki, başqa ölkələrdən olan və latviyalı xanımla evlənmək istəyən oğlanlara xüsusi imtiyazlar da tətbiq edilə bilər.
Bütün bunlar öz yerində. Amma problem ondadır ki, ölkədə uşaq doğmaq istəyən qadınların da sayı getdikcə azalmaqdadır.
A.Məmmədli