Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan məhsulları Latviyada Baltik regionunun ən böyük qida sənayesi sərgisi olan “Riga Food 2025″də təqdim edilib.
“Tezadlar” xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin sosial şəbəkələrdəki səhifəsində bildirilib.
Məlumata əsasən, sərgi sentyabrın 4-6-da Kipsaladakı Beynəlxalq Sərgi Mərkəzində keçirilib.
Tədbir zamanı Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze Azərbaycan stendini ziyarət edib və təqdim olunan məhsullarla tanış olub.