Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 11:40

Lavrov Ankarada Fidanla görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd edək ki, Rusiya diplomatiyasının rəhbəri bir gün əvvəl Türkiyəyə səfər edib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya nümayəndə heyəti “beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş mövzuları müzakirə etməli olacaq”.

İki ölkənin xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasında keçirilən görüşündən bir həftə keçməmiş Rusiya-Türkiyə təmasları yenidən baş verir. Fevralın 20-də Yohannesburqda G20 xarici işlər nazirlərinin görüşü çərçivəsində Lavrov və Fidan ikitərəfli gündəliyin əsas aspektləri, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlıq perspektivləri üzrə qeydləri müqayisə ediblər. Nazirlər həmçinin Suriyada vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkə arasında səylərin əlaqələndirilməsini müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri türkiyəli həmkarına ötən həftə Ər-Riyadda baş tutan Rusiya-Amerika təmaslarının nəticələri barədə məlumat verib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!