Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2025 / 22:36

Lavrov İranın xarici işlər naziri ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Lavrov tədbirdən kənar görüşmək imkanına görə iranlı həmkarına təşəkkür edib və onlar əl sıxıblar.

BRİKS liderlərinin qəbul etdiyi sammit bəyannaməsində Yaxın Şərqdə son zamanlar eskalasiyaya xüsusi diqqət yetirilib. Sammit iştirakçıları İsrailin İrana zərbələr endirməsini pisləyib və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. Bundan əlavə, onlar Beynəlxalq Atom Enerjisi Agentliyinin  (AEBA) təminatları çərçivəsində İranın nüvə obyektlərinə hücumlardan narahat olduqlarını bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!