23 Sentyabr 2025 / 19:16

Lənkəranda 26 kəndin qazı kəsiləcək – 14 min abonent təsirlənəcək

Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” qazpaylayıcı stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə, 14 000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, sabah saat 10:00-dan etibarən Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojba, Şürük, Şıxakəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!