Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 07:55

Lerikdəki zəlzələnin gücü 3,6 bal olub…

İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələnin maqnitudası 3,6 olub və yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss edilib.

Azərbaycan FHN isə hər hansı dağıntı barədə məlumat yaymayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!