Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Görüntüləri yayılan Əli-Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir”.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat yayıb.
Nazirlik rəsmisi bildirib ki, 2009-cu il təvəllüdlü yeniyetmənin müalicəsi davam etdirilir:
“Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.
Qeyd edək ki, dünən A.Cəlilovun sosial şəbəkədə yeni video paylaşması barədə iddialar yayılmışdı.