Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Litva prezidenti Gitanas Nauseda Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə gəlib.
“Mən Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birlikdə qeyd etmək üçün Kiyevə qayıtdım”, – Litva lideri Twitter səhifəsində yazıb.
Nauseda əlavə edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq, həmçinin Krım Platformasının sammitində iştirak etmək niyyətindədir.
Zelenski öz növbəsində, Telegram-da Krım Platformasının sammitinin avqustun 23-də keçiriləcəyini yazıb. İlk belə sammit 2021-ci ildə Ukrayna tərəfinin təşəbbüsü ilə Kiyevdə keçirilib, orada Krımın respublikaya qaytarılması məsələsi müzakirə edilib. Sonra sammitdə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edib.
2014-cü ilin martında Krımda referendum keçirilib, nəticədə, yarımada Rusiyanın ərazi hissəsinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrilib.
E.ŞİRİNOV