27 Oktyabr 2025 / 13:56

Litvanın Baş naziri Belarusla sərhədin bağlanması ilə bağlı müzakirələri açıqladı

Litva hakimiyyəti Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması təklifini müzakirə edəcək.

Tezadlar.az xəbər verir ki, Litvanın Baş naziri İnqa Ruqinene bildirib.

“Biz artıq müəyyən istisnalarla Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması barədə qərar hazırlamışıq… Diplomatlar və diplomatik çantalar, eləcə də Belarusdan olan vətəndaşlarımız və Aİ vətəndaşları səyahət edə biləcəklər, lakin bütün digər nəqliyyat vasitələri bağlanacaq”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Daha əvvəl Litva prezidenti Gitanas Nauseda Kalininqrada tranzitin məhdudlaşdırılmasını təklif etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!