Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya müttəfiqlərin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir.
Tezadlar.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Tədbirlər çərçivəsində Böyük Britaniya Səudiyyə Ərəbistanında “Sky Sabre” hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirəcək, həmçinin Qətərdə “Typhoon” qırıcılarının missiyasını uzadacaq.
Bundan əlavə, Bəhreyn və Küveytə əlavə bölmələr və HHM sistemləri göndərilib.
Hilinin sözlərinə görə, Böyük Britaniyanın ən yaxşı qüvvələri Fars körfəzi regionunda tərəfdaşların müdafiəsinə cəlb ediləcək.