7 Oktyabr 2025 / 13:24

Lukaşenko Belarusda qiymət artımını qadağan etdi: “Allah eləməsin, kimlərsə mühasibatlıqda…”

Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan etibarən mal və xidmətlərin qiymətlərinin artırılmasına qadağa qoyulması barədə göstəriş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə BelTA dövlət xəbər agentliyi məlumat yayıb.

“Oktyabrın 6-dan etibarən bütün qiymət artımları qadağandır. Qadağandır! Bu gündən. Sabahdan yox, bu gündən.

Beləliklə, qiymətlər bir gecədə şişməsin. Allah eləməsin, kimlərsə mühasibatlıqda hansısa köhnə tarixli hesablamalar və yenidən hesablamalar aparır”, – deyə Lukaşenko hökumətin iqtisadi bloku ilə görüşdə bəyan edib.

Belarus lideri ölkədə inflyasiyanın artımını “ağlasığmaz”, qiymətləri isə “hədsiz” adlandırıb.

Lakin o, müəyyən istisnaların mümkünlüyünə də icazə verib, ancaq bu, səlahiyyətli orqanların rəsmi icazəsi ilə mümkün ola bilər.

Bundan əvvəl prezident qiymətlərin artırılmasına əhalinin dövlətin iqtisadi siyasətinə inamını sarsıtdığını qeyd edərək, qiymətlərə nəzarətin gücləndirilməsi barədə göstəriş vermişdi.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!