12 Sentyabr 2025 / 15:26

Lukaşenko: Mən onu çox sevirəm…

Belarus prezidenti Aleksandr Lukaşenko pəhriz saxlamağa çalışsa da, “kartofu dəhşətli dərəcədə sevdiyini” etiraf edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı ölkə paytaxtında yenidən qurulan Loşitski kompleksinə səfəri zamanı bildirib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Minskdən olan gənc rəssam çəkdiyi rəsm əsərini Lukaşenkoya hədiyyə edib. Prezident “hədiyyəni məmnuniyyətlə qəbul etdi” və onu Müstəqillik Sarayında yerləşdirməyə söz verib. Bundan əlavə, Lukaşenko əvəzində sənətçiyə şirniyyat və bir kisə kartof verib.

“Mən demək istəyirdim ki, sənə rəsm verəcəm. Amma necə çəkəcəyimi bilmirəm. Sənə nə verəcəyimi düşünəcəm. Həmkarlarıma – kartofa verdiyim kimi”, – BELTA onun sözlərindən sitat gətirib.

Eyni zamanda, Lukaşenko sənətçidən kartofu sevib-sevmədiyini soruşub. Təsdiq cavabdan sonra o, özü də bu məhsulu sevdiyini etiraf edib.

“Mən bunu çox sevirəm. Dünən günah işlətdim, yedim”, – prezident qeyd edib.

Lukaşenkonun sözlərinə görə, Belarus akademikləri kartofun yeni sortunu icad ediblər.

“Əhaliyə paylamalıyıq ki, öz sahələrində becərsinlər. Bağ evi və ya torpaq sahəsi olanlar üçün mən verə bilərəm. Çünki sadəcə toxumluq kartof paylamaq olmaz. Sizə isə (rəsmi verən rəssamdan bəhs edir) – yemək kartofu. Çox dadlıdırlar, qızartmaq olar”, – prezident əlavə edib.

Bundan əlavə, o, bütün sakinləri paytaxtda keçiriləcək payız yarmarkalarından gəlib kartof almağa çağırıb.

Bundan əvvəl Belarus prezidenti ŞƏT sammitində iştirak edən liderlərə hədiyyə olaraq Belarus kartofu və kolza yağı gətirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!