Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin eilib.
TEZADLAR.AZ Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2023-cü il
Xatırladaq ki, Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsində çalışırdı.