Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının konstitusiya təqdimatını təmin edib və respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib.
Məhkəmənin qərarını Konstitusiya Məhkəməsinin sədri Merab Turava canlı efirdə oxuyub.
“Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, Gürcüstan prezidenti xanım Salome Zurabişvili 2023-cü il avqustun 31-də, 1 sentyabrda və 6 sentyabrda xaricə işgüzar səfərlər zamanı beynəlxalq münasibətlər sahəsində nümayəndəlik hüquqlarını və səlahiyyətlərini hökumətin razılığı olmadan həyata keçirib. Gürcüstan hökuməti bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozur”, – Turava bildirib.
E.ŞİRİNOV