14 Noyabr 2023 / 07:18

MƏKTƏBLİ SEVGİLİSİ İLƏ ANASINI BIÇAQLAYARAQ ÖLDÜRÜB

16 yaşlı məktəbli sevgilisini və onun anasını bıçaqlayaraq öldürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Yekaterinburq Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ölənlər 1961-ci il təvəllüdlü qadın və 2009-cu il təvəllüdlü qızdır. Şübhəli şəxs 2007-ci il təvəllüdlü gəncdir”, – hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Regional İstintaq Komitəsi hadisə ilə bağlı “Qətl” maddəsi ilə cinayət işi açıldığını bildirib. Şübhəli yeniyetmə artıq saxlanılıb və polis tərəfindən dindirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir və ittiham irəli sürülməsi barədə qərar qəbul edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!