Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 12:53

Maarifləndirmənin nəticəsi: Mayın 9-da bank kartlarından oğurluq olmayıb

Şübhəli xarici zənglərdən kütləvi imtina baş verib. Nəticə — deməli mümkündür. Vətəndaşlar diqqətlidir – kiberdələduzluğa qarşı ayıq mövqe…

TEZADLAR.AZ  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib. O bu işdə DİN-ə dəstək olan media nümayəndələrinə də təşəkkür edib:
“İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul oğurluğu ilə bağlı polisə heç bir müraciət daxil olmayıb. Bu, ictimai maarifləndirmənin və vətəndaş ayıqlığının göstəricisidir. Dünən bank kartının CVV/CVC kodu, istifadə müddəti, OTP şifrələri paylaşılmayıb, naməlum zəng və mesajlara cavab verilməyib, şübhəli zənglər bloklanıb. Ona görə də zərər yoxdur.
Media mənsublarına və bizə dəstək olan hər kəsə təşəkkür edirik”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!