Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 21:54

Mahmud Kaşqari adına Beynəlxalq Fondun yeni nəşrləri- FOTO

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasındaümumrespublika Beynəlxalq konfransların təşkili, elmi simpoziumlarınkeçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümə əsərlərinin, elmimonoqrafiyaların nəşri artıq ənənə halını alıb.

Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevinrəhbərliyi ilə gerçəkləşən bu layihələr cəmiyyətimizdə elmi-ədəbi ictimaiyyəttərəfindən yüksək qiymətləndirilir böyük maraqla qarşılanır.

Bu günlərdə fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış pedaqoqu, alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə sr olunmuşRuhlarla danışan adam məqalələr toplusu, şair Qadir HüseynovunMənim dünyam…” şeirlər toplusu gəncdqiqatçı Tural AdışirininPublisistik poetik düşüncələrkitabı PrezidentKitabxanasına, M.F.Axundzadə adına Milli Kitabxanaya, şəhər rayon kitabxanalarına ictimaiyyətə təqdim olunub.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazehadına Mərkəzi Kitabxanasından bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinəərməğan olaraq nəşrə hazırlananRuhlarla danışan adam kitabının Şəkişəhər Heydər Əliyev Mərkəzində, habelə Azərbaycan Milli ElmlərAkademiyasında təqdimatı keçirilib. Əsasən yubiley təbriklərinin yer aldığıVaqif Aslan – 75”, “Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar”, “Müsahibələr”, “Vaqif Aslanın avtobioqrafiyası fəsillərində bütövləşən, sözustadının yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitabmonumental tədqiqat əsərini xatırladır ədibin elmi, ədəbi pedaqojifəaliyyətinə qiymətli töhfədir.

Fondun yeni nəşrlərindən biri şair Qadir HüseynovunMənimdünyam…” şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsretdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.

Fondun gerçəkləşdirdiyi növbəti layihə isə Şəki ədəbi mühitinintəmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərbbölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesinayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri toplanmışPublisistik poetik düşüncələr kitabıdır.

Elm hsil nəşriyyatında səhih dizayn nəfis tərtibatla işıq üzügörən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

 Lətifə Məmmədova,

tarix üzrə fəlsəfə doktoru

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!