Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron sosial şəbəkəsində Hindistanın baş naziri Narendra Modinə qondarma “istəklilər koalisiyası”nın gedişatı barədə məlumat verdiyini bildirib.
Tezadlar.az xatırladər ki, sentyabrın 4-də Parisdə koalisiya iştirakçılarının toplantısı keçirilib. Onun yekunlarına dair mətbuat konfransında Fransa lideri bildirib ki, atəşkəsdən sonra 26 ölkə Ukraynaya qoşun yeritmək öhdəliyi götürüb.
“Mən indicə Baş nazir Modi ilə söhbət etdim. Mən ona Vladimir Zelenski və istəklilər koalisiyasından olan tərəfdaşlarımızla cümə axşamı Parisdə apardığımız işin nəticələrini təqdim etdim”, – Makron izah edib.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı istənilən ssenari Rusiya üçün qəti şəkildə qəbuledilməzdir və kəskin eskalasiya ilə doludur.
Eyni zamanda, Moskva münaqişədə iştirak etməyən neytral dövlətlərin, xüsusən də Çin və Hindistanın Ukraynada bölmələrinin yerləşdirilməsinə icazə verib.
E.ŞİRİNOV