24 Oktyabr 2025 / 23:59

Makron: Ukraynaya yeni hərbi yardım paketi hazırlanır

Fransa Ukraynaya əlavə “Aster” zenit raketləri və “Mirage” qırıcı təyyarələri vermək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “istəklilər koalisiyası”nın iclasında bildirib.

“Yaxın günlərdə əlavə “Aster” raketləri tədarük edəcək, yeni təlim proqramları (Ukrayna hərbçiləri üçün – red.) həyata keçirəcək və əlavə “Mirage” təyyarələri göndərəcəyik”, – çıxışının videoyazısı Yelisey Sarayının “X” sosial şəbəkəsində paylaşılan Fransa lideri deyib.

O əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə əlavə təşəbbüslər də elan edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!