Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq.
“Tezadlar” xəbər verir ki, 20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.
Mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu “şəhərlilər”dən ayrılmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Riko Luis “Mançester Siti”nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən mövsüm 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.