7 Oktyabr 2025 / 11:30

Marneulinin meri azərbaycanlı oldu…

Marneuli Bələdiyyəsinə yeni seçilmiş mer Daur İsmayılov oldu. O, hakim “Gürcü Arzusu” Partiyasının seçki qərargahı önündə yeni seçilmiş sakrebulo üzvləri, bölgələrdəki mer nümayəndələri və seçki komissiyalarının rəhbərləri ilə görüş keçirib. Tezadlar.az  xəbər verir ki, görüş zamanı çıxış edən Daur İsmayılov, 4 oktyabrda baş tutan bələdiyyə seçkilərində qazanılmış qələbə münasibətilə iştirakçıları təbrik edib və onların aktiv fəaliyyətinə görə təşəkkürünü bildirib. Görüşdə çıxış edən Bələdiyyə Sədri Amiran Giorqadze və Parlamentin üzvü Zaur Darğallı da keçirilmiş bələdiyyə seçkilərində yüksək nəticə əldə olunduğunu və seçkilərin dinc və şəffaf şəraitdə keçdiyini vurğulayıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!