Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Masallı rayonu Xoşçobanlı kəndi ərazisində baş verən cinayət işinin motivi məlum olub. Tezadlar.az- ın məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda polis tərəfindən hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu daqısqanclığın sonu! Təcrübə də göstərir ki, bahalı telefonların yazışma və videolaşmaları bəzən belə qanlı sonluğa gətirib çıxarır…
A.Məmmədli