27 Fevral 2025 / 11:22

Masazırda qar və buz səbəbindən camaat başını itirib

Tezadlar.az-ın əməkdaşı Elbar Şirinov Masazırda yolların keçilməz olduğunu bildirir…
Əsas magistral yolun təmizlənməsi niyə bu qədər müşkülə dönüb axı?! Sosial şəbəkələrdə yayılan videolardan isə görünür ki, bu qəsəbənin yollarında sürücülərin vəziyyəti kritikdir… Taksilər “20 yanvar”a 4-5 manata gedir, o da gedə bilsələr. Avtobuslar da ümumiyyətlə, yoxdur… Yollar bərbad, maşınlar hərəkət edə bilmir, üstünə də əməllicə “probka” əlavə edilib. Camaat qalıb yollarda. Maşınlar biraz hərəkət edib, yolda saxlayırlar ki, “gedə bilmirəm”. Bələdiyyənin də indi yadına düşüb yolları təmizləmək. Bir yandan da onlar kəsib yolu. Beləcə, Masazırın işi Allaha qalıb! Həqiqətən də elədir. Başına döndüyüm gün çıxartsa, Masazırda da həyat qaynayacaq. Qar yağdırsa, həyat donacaq…
A.Məmmədli

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!