30 İyul 2025 / 19:30

“Matuşka” ləqəbli aktyor bu dünyaya vida etdi

Polşalı aktyor, “Vedmak” serialının ulduzu Kşiştof Matuşevski vəfat edib.

Tezadlar.az xəbər verir ki, Polşa mediasının yaydığı məlumata görə, Gdansk teatrının əsas simalarından sayılan 65 yaşlı aktyor 29 iyulda dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.

Kşiştof Matuşevski 2002-ci ildə çəkilmiş “Vedmak” serialındakı rolu ilə tanınırdı. O, “Yalançı”, “Kamerden” və digər filmlərdə də çəkilmiş, teatr və televiziya sənətində onlarca obraz canlandırmışdı. Sənət aləmində ona “Matuşka” ləqəbi ilə müraciət edilirdi. Onun ölümü Polşa teatr cameəsində dərin kədər doğurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!