Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 11:22

Mayın 29-da da bank kartlarından talama olub – ən azı 25 manat

Mayın 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2250, 1200, 1145, 350, 170, 155, 80, 58, 50, 25 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə TEZADLAR.AZ -a DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, – məlumatda qeyd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!