Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Sverdlovsk vilayəti üzrə FTX idarəsində iyun ayında Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra başlayan və Moskva ilə Bakının diplomatik münaqişəsinə səbəb olan hadisələrlə bağlı genişmiqyaslı yoxlamalar davam edir.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yer alıb.
Qeyd olunub ki, əməliyyatın təşəbbüskarı Xüsusi İstintaq Komitəsinin mayoru, xüsusi mühüm işlər üzrə dördüncü şöbənin rəisi Yaroslav Kuzvesov olub. O, FTX və İstintaq Komitəsinin rəhbərliyinə Səfərovların və Şıxlinskilərin köhnə cinayətlərə qarışdığına dair danılmaz sübutlara malik olduğunu deyib. Bu əsasla ona sərt həbslər keçirmək üçün “yaşıl işıq” verilib. Lakin iki aylıq istintaqdan sonra məlum olub ki, şübhəli şahid ifadələrindən başqa, istintaqın əlində heç bir fakt yoxdur.
İndi Moskvadan komissiya gəlib ki, general-mayor İqor Nikolaevin rəhbərliyi altında yerli FTX-nin bu qədər uğursuz əməliyyata necə yol verdiyini araşdırsın. Sual yaranıb ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəisi general-mayor Boqdan Fransişko da niyə bütün gücü ilə Kuzvesovu müdafiə etməyə çalışır?! Kuzvesovun özü artıq etiraf edib ki, rəhbərliyi aldadıb və əməliyyatı “şəxsi ambisiyaları naminə” başlayıb.
Xatırladaq ki, bu il iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı genişmiqyaslı əməliyyat keçirilib. Nəticədə 50 həmyerlimiz saxlanılıb. Əməliyyat zamanı 2 azərbaycanlı öldürülüb, saxlanılanlardan bir çoxu ağır yaralanıb.
Maraqlıdır ki, iki ölkə arasındakı münasibətlərə ağır zədə vuran bu hadisənin başında duran hüquq mühafizə orqanları törətdiklərini nə xüsusi maddi sübutlar əsasında edib, nə də məhkəmə qərarı ilə. Əməli törədib, indi də səbəbini axtarırlar.
Elşad