Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Noyabr 2024 / 04:03

MDB-NİN BAŞ KATİBİ GÜRCÜSTANIN TƏŞKİLATA QAYIDACAĞINA ÜMİD EDİR

Müstəqil Dövlətlər Birliyi (MDB) Gürcüstanın üzvlüyə qayıtmasının tərəfdarıdır.

Tezadlar.az bildirir ki, bu barədə “İzvestiya”ya assosiasiyanın baş katibi Sergey Lebedev məlumat verib.

O, həmçinin qeyd edib ki, MDB üzvləri Moldova və Ukraynanın assosiasiyadan tam çıxmayacağına ümid edirlər. Xüsusilə, Lebedev Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda Moldova, Ukrayna və Gürcüstanın birlik çərçivəsində qarşılıqlı fəaliyyətə qayıdacaqlarına ümid etdiyini bildirən sözlərini xatırladıb. “Mən bu fikri hər iki əlimlə dəstəkləyirəm”, – təşkilatın baş katibi vurğulayıb.

Eyni zamanda, ekspertlər Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması fonunda Rusiya ilə diplomatik münasibətlərin pozulması səbəbindən Gürcüstanın MDB-yə qayıtmasının yaxın gələcəkdə mümkün olduğuna şübhə edirlər, – materialda deyilir.

Lukaşenko bir qədər əvvəl bildirib ki, MDB ölkələri xalqlarının tarixi birliyinin möhkəmliyi Qərbi hələ də narahat edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!