Bu gün 25 avqust tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.