23 Oktyabr 2025 / 18:48

Məhbuslar bütün gecə Sarkozini oyaq saxlayıblar

Fransanın keçmiş prezidenti Nikola Sarkozini oyaq saxlamaq üçün məhbuslar qışqırıb və gülüblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Sarkozinin kamerasının pəncərələri həbsxananın həyətinə baxır. Məhkumlar qışqırır, gülür, müxtəlif təhqirlər yağdırırdılar. Bundan başqa, BFMTV-nin daha əvvəl xəbər verdiyi kimi, üç nəfər keçmiş prezidenti öldürməklə hədələyib. Onlar təcrid olunurlar.

Faktla bağlı araşdırma aparılır. Xüsusi təyinatlı polis bölməsinin silahlı zabitləri Sarkozinin təhlükəsizliyini təmin edir. Keçmiş prezidenti gecə-gündüz qoruyurlar.

2007-2012-ci illərdə bu vəzifədə olmuş 70 yaşlı keçmiş Fransa prezidenti sentyabrın 25-də Liviyada seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Bununla belə, məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb. Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 21-də o, Parisin 14-cü rayonundakı Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!