Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran və ABŞ nümayəndələri arasında İslamabadda planlaşdırılan danışıqlar Vaşinqton Livandakı İsrail qüvvələrinin hərbi əməliyyatlarına son qoymaq məsələsində verdiyi vədləri yerinə yetirənə qədər başlamayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə İran medisı məlumat yayıb.
Məlumata əsasən, İslamabadda danışıqlar ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirənə və İsrail hücumları dayandırana qədər dayandırılıb.
Bununla bağlı İran danışıqlar qrupunun Pakistan paytaxtına gəlməsi ilə bağlı məlumatları təkzib edilib. “Bu məlumatlar yalandır”, – deyə bildirilib.
Qeyd edək ki, The Wall Street Journal” mənbələrə istinadən məlumat yayımışdı ki, guya ötən gecə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib Pakistan artıq 11 apreldə danışıqlar aparmağa hazırlaşır. ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.