Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bərdədə yaşayan və fərdi yük maşınıyla kənd təsərrüfatı məhsullarının daşınmasıyla məşğul olan sürücü A.Abbasov yol polisinin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət edib. O, qanunsuz yazılmış protokol üzündən özünə və ailəsinə xeyli maddi və mənəvi ziyan dəydiyini deyib. Heç bir qayda pozuntusu olmadığı halda, maşınının 23 gün cərimə meydançasında saxlandığını vurğulayan A.Abbasov məhkəməyə şikayət verib və vurulmuş maddi və mənəvi ziyana görə qarşı tərəfdən buna görə 10 min manat kompensasiya tələb edib. Bərdə rayon Məhkəməsi isə bu məsələdə sürücünü onu haqlı sayıb və yol polisi əməkdaşının qanunsuz hərəkətinə görə ona 500 manat kompensasiya ödənilməsinə qərar verilib.
RAMİZ