Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 17:51

Məhkəmə Hüquq Şurası hakim Orxan Həsənov və Rəşid Səmədovla bağlı qərar verəcək

 Xəbər verdiyimiz kimi, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması və s.” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi oakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, “Təzadlar” Qəzetinin baş redaktorunun və cavabdehin nümayəndəsi Yaqubzadə Mirzağa Yaşar oğlunun iştirakı ilə inzibati işə açıq məhkəmə iclasında baxaraq, iddianı təmin etməmişdir.

Baş redaktor hakimin bu qanunsuz və əsassız qərarından Bakı Apellyasiya Məhkəməsinz şikayət vermişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 29.04.2025-ci il tarixdə hakim Rəşid Əfraim oğlu Səmədovun sədrliyi şikayətə baxmış, lakin o da eyni mövqeli qərar qəbul etmişdir.

Qəzetin baş redaktoru Asif Mərzili media hüquqlarının məhkə hakimləri tərəfindən kobud surətdə pozulmasını nəzərə alaraq hakimlərin barəsində Məhkəmə Hüquq Şurasına şikayət verərək barələrində intizam icraat başlanılmasını xahiş etmiş, müvafiq maddi sübutları təqdim etmişdir.

Məsələ ondadır ki, Dövlət İmtahan Mərkəzinə verilən informasiya sorğusunda hansısa yeni bir informasiya deyil, artıq yayılmış məlumatın təsdiqi istənilib, amma barəsində informasiya istənilən şəxs vəzifəli olduğundan DİM rəhbərliyi onun müdafiəsinə qalxıb.

Asif Mərzili bildirdi ki, bu gün Məhkəmə Hüquq Şurası ilə əlaqə saxlayıb və tezliklə hakimlərin barəsində qərar məlum olacaq. Sitat: “Bu gün Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Samir İsmayılova zəng etdim və o, bildirdi ki, Məhkəmə Hüquq Şurası yaxın günlərdə hakimlərin barəsində qərarını bəyan edəcək, redaksiyaya rəsmi cavab veriləcək… Xahiş etdim ki, Milli Mətbuatımızın 150 illiyi ərəfəsində media hüquqlarımızın pozulmasına imkan verilməsin, ədalətli qərar qəbul olunsun… O da söz verdi ki, hər şey yaxşı olacaq…”.

Xatırladırıq ki, «Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericilikdə yazılır: «Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər:

-fiziki və hüquqi şəxslərin şikayətləri;

-mediada dərc olunmuş məlumatlar».

«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları»nda isə deyilir:

-işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozması;

-hakim etikasını pozması;

-hakim adına ləkə gətirən hərəkətə yol verməsi».

E.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!