21 İyul 2025 / 18:46

Məhkəmə keçmiş müdafiə nazirinin müavininin həbs müddətini uzadıb

Moskva Şəhər Məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini daha üç ay uzadıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, müstəntiq məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib. Materiallarda iş adamı və Timur İvanovun dostu Sergey Borodin haqqında məlumatlar olduğu üçün məhkəmə vəsatəti təmin edib.

Timur İvanov və Sergey Borodin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurlar. Söhbət təxminən 1 milyard rubl məbləğində gedir. İvanov məhkəmədə günahını etiraf etmir. Öz növbəsində Sergey Borodin günahını etiraf edib və istintaqla sövdələşib.

Bundan əvvəl Moskva Şəhər Məhkəməsi Timur İvanovu mənimsəmə işi üzrə 100 milyon rubl cərimə ilə ümumi rejimli koloniyada 13 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən apellyasiya şikayəti verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!