Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva vilayətinin Lobnya şəhərində 10 saylı məktəb bomba təhlükəsi səbəbindən təxliyə edilib.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Təhsil Nazirliyi məlumat yayıb.
“Məktəbə bomba hədəsi ilə e-məktub daxil olub. Direktor 112-yə məlumat verib. Saat 09:40-a olan məlumata görə, məktəbdə partlayıcı maddələr və partlayıcı qurğular olub-olmaması üçün polis əməkdaşları və kinologlar tərəfindən yoxlama aparılır”, – nazirlikdən bildirilib.
Onlar uşaqların və işçilərin təhsil müəssisəsindən təxliyyə edildiyinə aydınlıq gətiriblər. Orada vəziyyətlə bağlı başqa məlumat verilməyib.
E.ŞİRİNOV