9 Oktyabr 2025 / 13:25

Mənzilə girən şəxs ev sahibini uşaqlarının gözü qarşısında güllələyib

Zərərçəkmiş reanimasiyaya yerləşdirilib

Sankt-Peterburqda cinayətkar mənzilə soxulub və öldürücü olmayan tapança ilə içəridəki kişini güllələyib.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də axşam saatlarında Pulkovskoe şossesində yerləşən binada baş verib.

Atışmadan az əvvəl 39 yaşlı sakin polisə zəng edərək iki övladının olduğu mənzilə naməlum şəxsin girdiyini bildirib.

“Bir neçə dəqiqədən sonra cinayətkar içəri girərək qurbanına 8 dəfə atəş açıb”, – mənbə qeyd edib.

Zərərçəkmiş çoxsaylı yaralarla reanimasiyaya aparılıb; vəziyyəti orta ağır kimi qiymətləndirilir. Cinayətkar, 34 yaşlı Puşkin sakini saxlanılıb.

Tapança müsadirə edilib, hücum edən şəxs barəsində inzibati protokol tərtib edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!